Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 07:27

Naxçıvanda iki hərbçi həlak olub


Hadisənin səbəblərini araşdırırlar
Hadisənin səbəblərini araşdırırlar
Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin birində təlim vaxtı iki hərbi qulluqçu həlak olub.

Bu haqda AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib:

«Təlimdə istifadə olunan zirehli texnikanın aşması nəticəsində Azərbaycan Ordusunun giziri, 1983-cü il təvəllüdlü Yusifov Ramal və müddətdən artıq xidmət edən hərbi qulluqçu, Naxçıvan Muxtar Respublikasının sakini, 1979-cu il təvəllüdlü Qədimli Rahib həlak olublar».

Teymur Abdullayev deyir ki, hadisənin səbəblərini araşdırırlar.
XS
SM
MD
LG