Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:13

Rusiyada gürcü polkovniki tutublar


Rusiyanın hərbi tribunalı yüksək vəzifəli ordu rəsmisini Gürcüstana casusluq eləmək ittihamı ilə 6 illik həbs cəzasına məhkum edib.

Rostov na Donu şəhərindəki məhkəmə polkovnik Mixail Xaçidzeni Gürcüstanın xüsusi xidmət orqanları üçün məlumat toplamaqda günahkar bilib.

Xaçidzenin hərbi rütbəsi də əlindən alınıb.

İttihama görə, Gürcüstanın xüsusi xidmət orqanları onu casusluğa 2007-ci ildə cəlb ediblər və buna görə 2 min dollar ödəyiblər.

Onu 2008-ci ilin avqustunda tutublar. Həmin vaxt Rusiya Gürcüstanın Cənubi Osetiya bölgəsinə hücum etmişdi.
XS
SM
MD
LG