Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:41

JMK hökuməti həbsdə olan bloggerləri azad etməyə çağırıb


«Azərbaycan hakimiyyəti hökumətlə bağlı satira hazırlamış bloggerlərə qarşı irəli sürülmüş bütün ittihamları ləğv etməlidir». ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında belə deyilir.

Sənəddə deyilir ki, Emin Milli və Adnan Hacızadə hökumətin müxtəlif sahələrdə siyasətini tənqid edən satirik süjetlər hazırlayıb İnternetdə yerləşdiriblər. Bu süjetlər müxtəlif şəbəkə resurslarında çox məşhurlaşıb.

«Emin Milli və Adnan Hacızadəyə qarşı irəli sürülən ittihamlar siyasiləşdirilib. Biz Azərbaycan hakimiyyətini onları dərhal azad etməyə çağırırıq», deyə JMK-nin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Nina Oqnyanova bildirib. O əlavə edib ki, «tamaşa xarakterli təxribatlar Azərbaycanda müstəqil səslərin boğulması üçün sevimli metoda çevrilib».
XS
SM
MD
LG