Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:01

Bakı İslam Universiteti lisenziya aldı


Universitetin şöbələri gələcəkdə mədrəsə statusunda fəaliyyətini davam etdirə bilər
Universitetin şöbələri gələcəkdə mədrəsə statusunda fəaliyyətini davam etdirə bilər
Avqustun 26-da Təhsil Nazirliyi Bakı İslam Universitetinə 5 illik müddətə lisenziya verib. Bu lisenziya ilə Azərbaycan təhsil tarixində ilk dəfə olaraq dini təhsil dövlət standartlarına uyğunlaşdırılıb.

Bu barədə Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli «Turan»a bildirib.

Onun sözlərinə görə, lisenziyaya uyğun olaraq, bakalavr pilləsi 4 il, magistr pilləsi isə 2 il müddətində olacaq.

Rektor bildirib ki, bu ildən ilk dəfə olaraq magistr pilləsinə qəbul aparılacaq. «Bu il qəbul daxili testlə keçiriləcək. Gələn ildən isə universitetin bakalavr və magistr pilləsinə qəbul qaydalarına yenidən baxılacaq».

Hazırda Bakı İslam Universitetində 490 tələbə, universitetin Mingəçevir, Zaqatala, Lənkəran və Sumqayıt şöbələrində isə 650 tələbə təhsil alır. Bu ildən universitetin Mingəçevir, Zaqatala, Lənkəran və Sumqayıt şöbələrinə qəbul dayandırılıb. «Ancaq şöbələrdəki bütün tələbələr təhsilini davam etdirəcək və təhsilini müvəffəqiyyətlə başa vuran tələbələr diplomla təmin ediləcək», - deyə S.Həsənli bildirib.

Rektorun sözlərinə görə, universitetin şöbələri gələcəkdə mədrəsə statusunda fəaliyyətini davam etdirə bilər. «Şöbələr qanuna uyğun olaraq dövlət rüsumunu ödəməklə lisenziya almaq hüququna malikdir», - deyə o qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG