Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Milyardçının dəstəyindən sonra Yanukoviç optimistdir


Ukraynanın müxalifət lideri Viktor Yanukoviç deyib ki, yanvarın 17-dəki prezident seçkilərini udacaq.
O, Rusiya ilə əlaqələri öz seçki proqramının prioriteti elan eləyəcəyini də bildirib.
Reutersin fikrincə, bu bəyanatın Ukraynanın ən varlı adamlarından olan milyardçı Rinat Axmetovun bəyanatının ardınca verilməsi təsadüfi deyil.
Bu günlərdə Axmetov bəyan etdi ki, seçkilərdə məhz Yanukoviçi dəstəkləyəcək.
Forbsa görə Axmetovun var-dövləti 1,8 milyard dollardır.
XS
SM
MD
LG