Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 04:29

Danışığa pələnglər çıxacaq


«Çernomorskiye iqrı» uşaq xeyriyyə festivalının təşkilatçıları tədbirin sahibəsi – Ukraynanın baş naziri Yuliya Timoşenkoya albinos Benqal pələnginin balasını bağışlayıblar. Bu haqda Korrespondent.net saytı xəbər verir.

Hökumət başçısı sevindiyini bildirib və deyib ki, müəyyən vaxta qədər hədiyyəni Yalta zooparkında saxlayacaq. Bundan başqa, pələng böyüyəndən sonra onu danışıqlara aparmaq arzusundadır.

«O hər şeyi daha əsaslı deyə bilər. Onu hətta Mübarizə üzrə Müşavir də təyin etmək olar, məncə bu onun xoşuna gələr».

Yuliya Timoşenko MDB-də pələngi olan yeganə baş nazir deyil, bir qədər əvvəl Rusiyanın baş naziri Vladimir Putinə Amur pələnginin balasını bağışlamışdılar.

Dünyada ən iri pələnglər Amur pələngləridir.
XS
SM
MD
LG