Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:14

«Repetitorluq bəladır, yoxsa inkişaf?»


«Bizim yol»: Yeni təhsil ilinin başlanmasına az bir zaman qalıb. Ümumtəhsil məktəbləri yeganə təhsil ocağıdır ki, həm şagirdlərin əxlaqında, həm də bilik səviyyəsində, həm də gələcəkdə normal şəxsiyyət kimi formalaşmasında dərin iz qoyur. Ancaq heçə də bütün şagirdlər məktəbin onlara aşıladığı bu keyfiyyətləri obyektiv və subyektiv səbəblərdən mənimsəyə bilmirlər.

Bu səbəblərdən biri də məktəbliləri və valideynləri daha çox narahat edən repetitor hazırlığıdır. 1992-ci ildə test üsulunun tətbiqindən sonra isə ali məktəblərə hazırlığın repetitor vasitəsi ilə aparılması ənənəsi daha geniş vüsət almağa başladı. İş o yerə çatdı ki, hətta VII-VIII siniflərə kimi təhsildə hansısa formada fərqlənməyən, yaxşı nəticələr göstərməyən şagirdlərin valideynləri də övladlarını müxtəlif vasitələrlə məktəbdən yayındıraraq fərdi məşğələlərə göndərməyə başladılar. Bu gün isə artıq birinci sinfə gedən uşaqların valideynləri yaxşı məktəb axtarmaqla yanaşı, yaxşı repetitor tapmaq haqqında da düşünürlər. Orta məktəblərdə təhsilin keyfiyyətsizliyi görən valideynlər övladlarının ali məktəbə qəbul olması üçün əlavə imkanlardan, yəni, repetitorluqdan istifadə zərurətində qalırlar. Həmin narahatlıq hətta bağça yaşlı uşaqların valideynlərinə də sirayət etməkdədir.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri, Prezident yanında Təhsil Şurasının üzvü Elmina Kazımzadə “Bizim Yol”a açıqlamasında bildidi ki, şagirdin repititor yanında hazırlıq keçirilməsi özünü təsdiq etmiş, sınanılmış bir xidmətdi: “Beynəxalq təcrübələr baxımından repititor fəaliyyəti qeyri-formal olsa da ancaq bu metod davamlı olacaq. Yəni fikirləşsək ki, nə vaxtsa repititorluq ləğv oluna bilər bu real olmazdı».

«Azadlıq»: «Bu il də məktəb forması ilə bağlı müxtəlif söz-söhbətlər yayılıb. Əsas formanın rənginin xoş olmasıdır, təhsilin rəngi cəhənnəm rəngində olsa da eyib etməz. Valideynlər həyəcanla söhbətləri, şaiyələri saf-çürük edirlər. Yeni dərs ilində övladlarına forma, məktəb ləvazimatı almaq üçün kimi danasını, kimi inəyini, kimi üzüyünü hərraca çıxaracaq. Kimin nə satmağı uşağın boyuna, çəkisinə və sayına görə olacaq. Qabaqlar uşaqların boyu, sayı artanda valideynlər oxşamalar oxuyurdular, qurban kəsirdilər. İndi isə övladlarının boyuna, kürəyinə, ayağına baxıb ağı deyirlər. Sanki, övladlarımız məktəbə yox, əsgərliyə, müəmmalı ölümə gedirlər…» Məlahət Ağacanqızı «Təhsilin və məktəb formasının rəngi» sərlövhəli köşə məqaləsində belə yazır.

«Yeni Müsavat»: «Ölkəmizə xas hər cür problem və mənfiliklərdən yazmışıq. Amma əhali arasında cadugərliyin hansı dərəcədə yayılmasından şəxsən mən xəbərsiz idim. Azərbaycanın əyalətlərində cadugərlik 5-ci hakimiyyətə çevrilib. Qara hakimiyyətə. Onların niyə belə uğur qazanması, hansı üsullardan istifadə etməsi adamı xeyli düşündürür...» Şahvələd Çobanoğlu «Cadugərin cibə şey atması» adlı məqaləsində beləy yazır.

«…Bölgədə cadugərlərin, görücülərin, falçıların, bəxtə baxan, bəxt yazan mollaların sayı görünməmiş dərəcədə çoxdur. Onlar olduqca yaxşı qazanc sahibləridir. Məmurların xalqın başına açdığı oyun bir yana, onlar da bir yandan əhalinin bir qisminin qanını sovurur. Bəs onlar necə uğur qazanır? Müxtəlif yollar var. Sən demə, onların xüsusi texnologiyaları, köməkçiləri, “reklam menecerləri” olur. Məsələn, adam qabağında xüsusi “xəritə”yə baxır və deyir, gedin, filan yerdə filan ağacın dibini qazın, oradan bir bağlama çıxacaq və bağlamanı gətirin. Lazım gələndə adamın öz həyətində axtarış aparırlar. Hətta cibində. Polis adamın cibinə şey atdığı kimi onlar da adamın cibinə, bağına, otağına bir şey atır və sonra onu görücülüyün sübutu kimi ortaya çıxarırlar».

«Səs»: «İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi abidələri məhv edilir». Milli Məclisin Mədəniyyət Məsələləri Komitəsinin sədri, professor Nizami Cəfərovun müsahibəsində belə deyib.
«Beynəlxalq standartlar var ki, bir ölkə digər bir ölkənin torpağını işğal edərsə, mümkün qədər çalışmalıdır ki, həmin ərazidəki tarixi abidələrə toxunulmasın. Təəssüflər olsun ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi abidələri məhv edir. Bunlar işğal olunmuş ərazilərdə baş versə belə, beynəlxalq qanunlara ziddir. Əgər Ermənistan bunu hərbi münaqişə zamanı etmiş olsaydı, bunları bəlkə də münaqişənin nəticəsi kimi qiymətləndirmək olardı.

Ancaq Ermənistan işğal etdiyi torpaqlarda mədəniyyəti hər zaman məhv etməyə hazırdır. Ermənilər bu işləri həmin ərazilərdə yerləşmək və burada özlərinin «mədəniyyətini» bərpa etməkdən ötrü xüsusi bir missiya ilə həyata keçirir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG