Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 01:38

BMT cinayətkarları həbs etməyə çağırır


Qəndəhara iki gün öncə bomba hücumu nəticəsində azı 43 nəfər ölüb, 60-dan çox adam xəsarət alıb
BMT Əfqanıstanın cənubunda – Qəndəhardakı bomba hücumunu son bir ildə bu ölkəyə olunmuş ən dəhşətli hücum adlandırıb.

Qəndəhara iki gün öncə bomba hücumu nəticəsində azı 43 nəfər ölüb, 60-dan çox adam xəsarət alıb.

BMT-nin Təhlükəsizlik Şurası cinayətkarları həbs etməyə çağırıb. Bəyanatda o da deyilir ki, heç bir terror aktı Əfqanıstanda sülh, demokratiya və bərpa işləri aparmağın qarşısını almağa müvəffəq olmayacaq.

BMT-nin baş katibi Ban Ki Mun isə başqa bir bəyanatda bildirib ki, bu zorakılıqdan sarsılıb.

BMT-nin Əfqanıstandakı xüsusi elçisi Kai Eide deyib ki, hücumçular sivil vətəndaşların həyatlarına məhəl qoymadıqlarını açıq-aydın göstəriblər.
XS
SM
MD
LG