Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:23

İraq şiələrinin nüfuzlu lideri bu gün dəfn olunacaq


İraq şiələrinin nüfuzlu lideri Abdul Əziz Əl Hakimlə vida mərasimi bu gün paytaxt Tehranda olacaq. İraqın Ali İslam Şurası Partiyasına rəhbərlik edən Abdul Əziz Əl Hakim dünən vəfat edib. O uzun müddət idi ki, İranda xərçəng xəstəliyindən müalicə alırdı. Abdul Əziz Əl Hakimin cəsədi dəfn olunmaq üçün şiələrin müqəddəs şəhəri Nəcəfə göndəriləcək.

Əl Hakim Nəcəf şəhərində, nüfuzlu məmur ailəsində anadan olub. İranda sürgün olunmuş müxalifətin hərəkatının yaranmasında, keçmiş diktator Səddam Hüseynin devrilməsində yaxından iştirak edib. O, ABŞ-ın 2003-cü ildə basqınından sonra İraqa qayıda bilib.

XS
SM
MD
LG