Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 22:50

Prezident İlham Əliyev Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir


Avqustun 26-da Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanı hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev Gimnastika Kompleksinin layihəsi ilə tanış oldu. Məlumat verildi ki, 3,5 hektar ərazidə yerləşəcək kompleksdə gimnastların məşq keçmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait yaradılacaqdır.

Mehriban xanım Əliyeva gilizi təmələ atdı və beton qarışığı tökdü. Dövlətimizin başçısı da təmələ beton qarışığı tökdü.

Prezident İlham Əliyev mərasim iştirakçılarını təbrik etdi, kompleksin inşası ilə bağlı tövsiyələrini verdi, inşaatçılara uğurlar arzuladı.

AzərTAc

Günün bütün mövzuları

XS
SM
MD
LG