Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Sentyabr, bazar, Bakı vaxtı 05:37

Litvada gizli həbsxananın axtarışına başlanıb


Litvada Mərkəzi Kəşfiyyat İdarəsinin ölkə ərazisində gizli həbsxanasının olub-olmaması ilə bağlı araşdırmaya başlanıb. Litvanın prezidenti Dalya Qribauskayten deyib ki, araşdırma ilə parlamentin xüsusi komissiyası məşğul olacaq.

Ötən həftə Amerika telekanallarından biri məlumat yayıb ki, Vilnyusdan bir qədər aralıdakı gizli həbsxanada Əl-Qaidə terror qruplaşması ilə əlaqədə şübhəli bilinən olan 8 nəfər saxlanır.

İddiaya görə, həbsxana 4 il əvvəl ləğv olunub. Amma daha sonra məlumatlar yayılıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin Polşa və Rumıniyada da gizli həbsxanaları var. Litva kimi bu ölkələr də iddianı rədd edib.

XS
SM
MD
LG