Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiya Rusiyanın onların müstəqilliyini tanımasının ildönümünü qeyd edir. Cənubi Osetiyanın lideri Eduard Kokoyti bu gün Moskvada Rusiyanın baş naziri Vladimir Putinlə görüşəcək. Abxaziyada isə bayram tədbirləri planlaşdırılır.
Rusiya ötən ilin avqustunda Gürcüstana hərbi müdaxilədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb. Rusiyadan başqa Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dünya ölkələrindən təkcə Nikaraqua tanıyıb.