Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:40

Əfqanıstanlı məhbus həbsdə ələ salındığını deyir


7 il Kubadakı Amerika bazasında həbsdə yatan gənc əfqan Məhəmməd Cavad orda ələ salındığını, təzyiqlərə məruz qaldığını deyir.

O Röyter agentliyinə müsahibəsində deyib ki, vaxtaşırı onu və digər məhbusları yatmağa qoymurmuşlar, hərdən onları qolları bağlı yemək yeməyə məcbur edir, müxtəlif formalarda alcaldırmışlar.

Məhəmməd Cavad 2002-ci ildə Kabildə həbs olunub.

Həmin vaxt onun 12 yaşı var imiş.

O qumbara ataraq 2 Amerika əsgəri və onların tərcüməçisini yaralamaqda itiham olunurdu.
XS
SM
MD
LG