Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:29

İranda müxalifətin növbəti məhkəməsi başlayıb


İranda prezident seçkisinin rəsmi nəticəsinə kütləvi etiraz aksiyalarında iştirak etmiş müxalifət nümayəndələrinin növbəti – dördüncü məhkəməsi başlayıb. Məlumata görə, məhkəmə qarşısına bir sıra qabaqcıl siyasətçilər – islahat tərəfdarları, o cümlədən keçmiş prezident Məhəmməd Hatəminin tərəfdarlarının məsləhətçiləri də çıxarılacaq.

Bundan öncə artıq 140 nəfər məhkəməyə verilib. Onlar ölkədə qeyri-sabitlik yaratmaqda ittiham olunurlar.

İyun ayında müxalifət Mahmud Əhmədinejatın qələbəsini əks etdirən seçkinin nəticəsini rədd edib, Tehranda və digər şəhərlərdə bir sıra kütləvi etiraz aksiyaları keçirib. Aksiyalarda onlarla adam həlak olub, yüzlərlə iştirakçı həbs olunub.

XS
SM
MD
LG