Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 20:57

Pakistanda terror törətməyi planlaşdıranlar həbs olunub

Pakistanda 7 nəfər həbs olunub. Onlar ölkənin ən iri şəhərlərindən biri olan Kəraçidə terror aktı hazırlamaqda ittiham olunurlar.

Polisin verdiyi məlumata görə, həbs olunanlar “Əl-Qaidə” terror qrupuyla əlaqədə olublar. Axtarış zamanı onların üstündən partlayıcı və narkotik maddə çıxıb.

Pakistanın şərqində yerləşən Sarqodx şəhərində isə 6 talibançı həbs olunub. Onlar da terror aktı hazırlamaqda günahlandırılır.
XS
SM
MD
LG