Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 05:02

Venesuela təmsilçisi «Dünya gözəli» oldu


Venesueladan olan 18 yaşlı Stefaniya Fernandes «Dünya gözəli-2009»un qalibi olub
Venesueladan olan 18 yaşlı Stefaniya Fernandes «Dünya gözəli-2009»un qalibi olub.

O, tacı keçən ilki müsabiqənin qalibi, həmyerlisi Dayana Mendosadan alıb.

Kainat gözəllərinin müsabiqəsi Baham adalarında baş tutub.

İkinci yeri Dominikan Respublikasından Ada Aymi de la Kruz qazanıb. İlk beşliyə Venesuela, Dominikan Respublikası təmsilçilərindən əlavə, Kosovo, Avstraliya və Puerto-Riko gözəlləri də düşüb.

Müsabiqədə iştirak edən 84 ölkə arasında Azərbaycan nümayənədəsi yox idi. Cənubi Qafqazdan yalnız Gürcüstan təmsil olunub. Türkiyə ilə yanaşı Belçikanı da türk gözəli təmsil edib.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG