Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 23:47

Əfqanıstanda seçkiylə bağlı 225 şikayət verilib


Əfqanıstanda prezident seçkiləri zamanı qanun pozuntularıyla bağlı 225 rəsmi şikayət verilib.

Hakim dairələr bəyan edib ki, əgər bu şikayətlərdən bəziləri təstiq olunsa bu ümumi nəticələrə təsir edə bilər.

Şikayətləri araşdıran xüsusi komissiyanın sədri Qrant Kippen deyir ki, söhbət saxta bülletenlər, seçkilərə hədə-qorxu gəlmək və zorakılıq aktlarından gedir.

Kippenin sözlərinə görə şikayətlərdən 35-i təcili araşdırılmalıdı.

Seçkilərdə indiki prezident Həmid Kərzainin əsas rəqibi hesab olunan Abdulla Abdulla bundan əvvəl səsvermələr zamanı kütləvi qanun pozuntularına yol verildiyini bəyan eləmişdi.

İlkin nəticələr çərşənbə axşamı bəlli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG