Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:52

Seulda keçmiş prezidentin dəfn mərasimi keçirilir


Bu gün Seulda Cənubi Koreyanın keçmiş prezidenti Kim De Junun dəfn mərasimi keçirilir.

85 yaşlı Kim De Jun avqustun 18-də vəfat edib.

Parlament binasının ətrafında keçirilən vida mərasiminə rəsmi nümayəndələr də daxil olmaqla 10 minlərlə adam yığışıb.

1998-2003-cü illərdə ölkəyə rəhbərlik etmiş Kim De Jun demokratik quruculuq və Şimali Koreyayla barışığa görə Nobel sülh mükafatına layiq görülüb.

Matəm mərasimində Şimali Koreya rəsmiləri də iştirak edir.

Nümayəndə heyəti Seulda Cənubi Koreya prezidenti Li Men Bakla görüşüb,ona Şimali Koreya prezidenti Kim Çen İrin məktubunu çatdırıb.

Tərəflər münasibərləri yaxşılaşdırmaq niyətində olduqlarını bildiriblər.
XS
SM
MD
LG