Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 14:44

Metroda növbəti bomba həyəcanı

Bakı metrosunda yenə də bomba həyacanı yaşanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, naməlum şəxs ötən gecə Fövqəladə Hallar Nazirliyinə zəng vuraraq Bakı

Metropoliteninin "Əhmədli" stansiyasının çıxışına bomba qoyulması barədə məlumat verib.

Amma axtarış zamanı stansiyadan bomba tapılmayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bəlli olub ki, məlumatı Masallı rayonunda yaşayan, ruhi xəstə İqbal Hüseynov verib.
XS
SM
MD
LG