Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Rusiyada qəzada ölənlərin sayı 66-a çatıb


Rusiyanın Sayano-Şuşensk su elektrik stansiyasında daha 2 nəfərin cəsədi tapılıb.

Beləliklə qəza nəticəsində ölənlərin sayı 66-a çatıb.

11 adam hələ də itgin düşdüyündən xilasedici əməliyyatlar davam etdirilir.

Rusiyanın hakim dairələri stansiyanı partlatmaqla bağlı çeçen qrupunun yaydığı bəyanatı rədd edib.

Ötən cümə günü hadisə yerində olmuş baş nazir Vladimir Putin zərərçəkənlərin ailələrinə kompensasiya ödəniləcəyini vəd edib.

Vladimir Putin deyib ki, qəza göstərir ki, ölkənin vacib obyektləri təzələnməli və onların təhlükəsizliyi yoxlanmalıdı.
XS
SM
MD
LG