Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:27

İran rəsmisi qadınların nazir olmasını istəmir


İranın dini xadimlərindən biri Məhəmməd Tağı Rəhbər prezident Mahmud Əhmədinejadı qadınları yeni kabinetə cəlb etməməyə çağırıb.

Parlamentdəki islamçı fraksiyanın rəhbəri Məhəmməd Tağı Rəhbər Tehran Emrouz qəzetinə müsahibəsində deyib ki, dini baxımdan qadınların idarəçilik qabiliyyəti şübhə doğurur.

Rəhbər deyib ki o bunu ölkənin ali dini lideri Ayatolla Əli Xameneinin diqqətinə çatdıracaq.

Mahmud Əhmədinejadın təqdim etdiyi yeni hökumətin tərkibində 3 qadın var.

Bunlar təhsil, səhiyyə və sosial-müdafiə nazirləridi.

Avqustun 30-da ölkə parlamentində yeni hökumətin tərkibilə bağlı səsvermə keçiriləcək.
XS
SM
MD
LG