Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Bu il Gəncənin Qanköçürmə Mərkəzinə 1179 donor qan verib


Gəncə Qanköçürmə Mərkəzinə bu il qan saxlanılması üçün 2 ədəd yeni dondurucu və eyni sayda xüsusi soyuducular verilib.

Bu haqda Gəncə Bölgə Qanköçürmə Mərkəzinin baş həkimi Tahirə Məmmədova məlumat verib.

Bu il Gəncənin Qanköçürmə Mərkəzinə 1179 donor qan verib, onlardan 687 litr qan tədarük olunub.

Götürülən qanın təxminən 10-15 litrinin yararsız olduğunu deyən baş həkim, 1340 nəfərin HİV-ə və digər yoluxucu xəstəliklərə (hepatit C, hepatit B, sifilis, brüselyoz və malyariya) görə, müayinədən keçdiyini deyib.

Gəncə Bölgə Qanköçürmə Mərkəzində 55 talassemiyalı və 41 nəfər hemofiliyalı xəstə qeydə alınıb.
XS
SM
MD
LG