Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:19

Nazir Kilimancaroda elmi tədqiqat aparıb


Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov
Ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırovun rəhbərliyi ilə Azərbaycanın Afrika ekspedisiya qrupunun dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Kilimancaro dağının Uhuru zirvəsinə yürüşü başa çatıb.

O, bununla bağlı avqustun 21-də Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib.

7 nəfərlik ekspedisiyanın avqustun 11 və 16-da Kilimancaro dağının Uhuru zirvəsinə yürüş müvəffəqiyyətlə başa çatıb.

Nazir bildirib ki, ekspedisiya iştirakçıları Azərbaycan bayrağını, Heydər Əliyevin «Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam» və «Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli» sözləri yazılmış vımpelləri Uhuru zirvəsinə qaldırıb.

Onun sözlərinə görə, ekspedisiya elmi tədqiqat işləri də həyata keçirib. «Yol boyu Kilimancaro dağındakı unikal Kibo vulkanının üzə çıxardığı yeraltı suxurları, eyni zamanda, bu ərazidə mövcud olan müxtəlif qiymətli bioloji nümunələri öyrəndik, meteoroloji və geoloji müşahidələr apardıq. Topladığımız materiallar elmi-tədqiqat obyekti kimi mütəxəssislər tərəfindən təhlil olunacaq».

Ekspedisiya məməli heyvanlar və entomofaunaya aid zəngin foto-video materiallar toplamağa müvəffəq olub.

Nazir ekspedisiyanın ümumi büdcəsinin 25 min manat olduğunu deyib. «Xərclənən vəsait universitetlərin biri və ona yaxın qurumlar tərəfindən ödənilib».

Hüseynqulu Bağırov rəhbərlik etdiyi federasiya üçün Bakı ilə Sumqayıt şəhərləri arasında ofis binasının tikilməkdə olduğunu da deyib. Onun sözlərinə görə, federasiyanın maddi-texniki bazası da yaradılmaqdadır. Turan

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG