Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Keçmiş kəşfiyyatçı azad edilib

Sabiq Liviya kəşfiyyatçısı Abdel Basitin azad edilməsi onun törətdiyi partlayışda həlak olmuş şəxslərin ailələrini hiddətləndirib.

Abdel Basit ABŞ-ın PanAmerika aviaşirkətinə məxsus təyyarənin 1988-ci ildə Lokerbi üzərində partladılmasında yeganə müqəssir kimi məhkum edilmişdi.

Son 8 ilini Şotlandiya həbsxanasında keçirmiş Basit dünən vətəni Liviyaya göndərilib.

Şotlandiya rəsmiləri məhbusu azad edərkən onun prostat xərçəngindən əziyyət çəkdiyini, bir neçə ay ömrünün qaldığını əsas gətiriblər.

XS
SM
MD
LG