Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:30

«Tarixi binalara tarixi dağ çəkilir»


Paytaxtın yeganə gəzməli küçəsi - Nizamidə (Tarqovı) qaldırılan toz boğanağın analoqu yoxdu
Paytaxtın yeganə gəzməli küçəsi - Nizamidə (Tarqovı) qaldırılan toz boğanağın analoqu yoxdu
«Azadlıq»: Neftin qiymətinin azca dirçəlməsini vətəndaşlar öz canlarında hiss etməsə də, Bakıdakı binalar divarlarında çox rahat duyurlar. Neft bahalaşan kimi şəhərin mərkəzindəki binaları sanki qaşınmaq tutur. Əlinə ən müxtəlif əmək alətləri alan fəhlələr yenidən divarları ağartmağa girişirlər». Qəzetin «Tarixi binalara tarixi dağ çəkilir» sərlövhəli məqaləsində belə deyilir.

Paytaxtın yeganə gəzməli küçəsi - Nizamidə (Tarqovı) qaldırılan toz boğanağının analoqunu yəqin ki, Ağcaqurn səhrasında görmək olar, Hazırda Nizami küçəsindəki binalar qotur qoyuna çox bənzəyir...
«Binaların ağardılması tarixi abidəyə və büdcəyə ziyandan başqa bir şey deyil» Nizami küçəsindəki binaların əksəriyyətini əsrin əvvəlində neft milyonerləri tikib. Tarixi keçmişi ilə yanaşı xüsusi memarlıq keyfiyyətinə malik olan bu binaları təmizləmək dəbə minib. Təmizlik yaxşı şeydir. Amma necə? Aparılan qaşıma prosesini, təmizlik, təmir-bərpa işi adlandırmaq üçün adamda ən azı görmə və eşitmə qabiliyyəti olmamalıdı.
Tarixi binaların qaşınma yolu ilə ağardılmasına qarşı uzun müddətdir mütəxəssislər etiraz səsini ucaldır. Mətbuata açıqlamasında bir dəfə Memarlar İttifaqının məsul katibi Rəfael Həsənov açıq şəkildə bildirmişdi ki, binaların ağardılması tarixi abidəyə və büdcəyə ziyandan başqa bir şey deyil. Yay aylarında aparılan təmir-qaşınma prosesi təkcə binalara yox, ərazidə hərəkət edən vətəndaşlara qarşı da hörmətsiz davranışdı. Çünki rekonstruksiya işləri elementar normaları görmədən aparılır. Məsələn, divarlardan qopan tozun kənara yayılmasını önləmək üçün burda bir metr belə tor asılmayıb. Bu da onsuz da «təmiz» olan Bakı havasına əlavə yük gətirir».

«Bizim Yol»: «Partiyalar haqqında qanun dəyişməlidir» - qəzetə müsahibəsində KXCP sədri Mirmahmud Mirəlioğlu belə deyib: «Uzun müddətdir bu barədə biz də fikirlərimizi səsləndiririk. Ümumiyyətlə, Azərbaycan siyasi mühitində «Siyasi partiyalar haqqında qanun» yeni atmosfer yarada bilər. Qanunun necə olacağını kimsə deyə bilməz, amma qanun mütləq nəsə yaradacaq. Hər halda qanun partiyaların təmərgüzləşməsinə də təsir göstərəcək, bütün partiyalar yenidən qeydiyyatdan keçməyəcək. Beləliklə, partiyaların sayı, fəaliyyəti, ictimai-siyasi həyata təsir gücü nəzərə alınacaq.
- Bəs KXCP-nin bu mərhələdən keçmək ehtimalı varmı?
- Dediklərimin heç birini özümüz üçün problem saymıram.
- Nəyə arxayınsınız?
- Gücümüzə, sosial bazamıza, tərcümeyi-halımıza və hesabladığımız bütün strateji məsələlərə».

«Səs»: «Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etmək niyyətindədir. YAP Gənclər Birliyinin sədri Ramil Həsənov bildirib ki, partiyanın gənc üzvləri bütün seçki kampaniyalarında aktivlik nümayiş etdirirlər. YAP-ın gənclərin bələdiyyə seçkilərində fəal iştirakına hər zaman dəstək verdiyini vurğulayan R.Həsənov qeyd edib ki, təşkilat artıq il yarımdır bu seçkilərə hazırlaşır. Bu məqsədlə gənclərin beynəlxalq təcrübənin öyrənməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilib».

«Üç nöqtə»: Qazaxıstanın Aktau şəhərində dörd ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın prezidentlərinin görüşü gözlənilir. Bir müddət öncə Qazaxıstan prezidentinin mətbuat xidməti tərəfindən yayılmış bu xəbərə görə, qeyri-rəsmi görüşdə Xəzəryanı dövlətlər arasındakı münasibətlərin inkişaf etdirilməsi və Xəzərin enerji resurslarının bölüşdürülməsi kimi məsələlər müzakirə obyekti olacaq. Politoloq Aydın Mirzəzadə qəzetə müsahibəsində bu məsələlərə toxunub.

«Qazaxıstanın Aktau şəhərində dörd prezidentin görüşəcəyi barədə məlumat yayılıb. Ortada hələ rəsmi təsdiqləmə olmasa da, prinsipcə bu mümkün ola bilər. Nəzərə alsaq ki, son dövrlərdə enerji resurslarının dünya bazarına, xüsusilə də Avropa məkanına çıxarılması məsələsi çox aktuallaşır, belə bir görüşün olması, mövqelərin uyğunlaşdırılması mümkün olan bir məsələdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG