Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Ramil Quliyev Hüseyn Boltla yarışacaq


Azərbaycanlı sprinter Ramil Quliyev bu gün Berlində keçirilən dünya atletika çempionatında 200 metrə qaçışın finalında iştirak edəcək. Dünən o, yarımfinal mərhələsini uğurla keçib.

Dünya tarixində ən sürətli sprinter Hüseyn Boltun fovorit sayıldığı həmin finalda azərbaycanlı atletin də yer ala bilməsi artıq uğur sayıla bilər. Finala vəsiqə qazananlar arasında olimpiya çempionu Şon Krouford da var. Ramil Quliyev finala vəsiqə qazananlar arasında 5-ci nəticəni göstərib və onun final qaçışında medal qazanması ehtimalı da var.

Ramil Quliyevin 19 yaşı var. Yeniyetmə sprinterlər arasında dünya çempionatında gümüş medalın sahibidir. Yeniyetmələr arasında dünyada ikinci yüksək nəticənin sahibidir. 1-ci nəticəni isə yeniyetmə olarkən Hüseyn Bolt göstərib.
XS
SM
MD
LG