«Yeni Müsavat»: «Tolişi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həbsxanada vəfat etməsi bir daha xəstə məhbusların, xüsusilə də səhhətində problem olan siyasi məhbusların məsələsini gündəmə gətirib. Məlumat üçün bildirək ki, 1993-cü ildən bu günə qədər Azərbaycan həbsxanalarında 54 siyasi məhbus dünyasını dəyişib. Hüquq müdafiəçiləri bu cür məhbusların həm qanunu, həm də humanistlik prinsiplərini əsas götürməklə azadlığa buraxılmasını məqsədəuyğun sayırlar.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bizimlə söhbətində N.Məmmədovla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini dedi. Hüquq müdafiəçisi təəssüflə qeyd etdi ki, bu sahədə qanunlar mövcud olsa da, onlar tətbiq olunmur: «Əli İnsanov da onurğa yırtığından və bir neçə başqa xəstəlikdən əziyyət çəkir. Ümumiyyətlə, xəstə məhbusların sayı çoxdur. Təbii ki, siyasi məhbuslar arasında da belələri var və biz hər zaman səhhətində problem olan dustaqların azadlığa buraxılmasını tələb etmişik».
İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı bildirdi ki, xəstə məhbuslarla bağlı məsələ həmişə gündəmdə olub və hüquq müdafiəçiləri olaraq hər zaman belə məhkumların azadlığa buraxılmasına çalışıblar: «Son neçə ildə Avropa Şurasının, demək olar ki, hər sessiyasında bu məsələ qaldırılır, Azərbaycan üzrə həmməruzəçilər dövlət başçısından tutmuş aidiyyəti məmurlara qədər hamıya bununla bağlı müraciət edib, iradlarını bildiriblər. Bir çox xəstə məhbuslar var ki, onları Novruzəli Məmmədovun aqibəti gözləyir. 2008-ci ilin iyun sessiyasının qətnaməsində o məhbuslardan bir qisminin adları göstərilmişdi və azadlığa buraxılması tövsiyə edilmişdi. Son hadisədən sonra beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycana ciddi narazılıq ifadə edəcəklər».
«Bizim yol»: «Hazırda Bakıya baxanda, adamın ağlına bir söz gəlir: Bakı sanki təmirə dayanıb. Hər yerdə təmir, tikinti və söküntü işləri gedir. Xüsusilə, həm tarixi-memarlıq abidələri, yaşayış binaların sökülməsi, parkların, uşaq meydançalarının dağıdılması daim tənqid olunsa da, proses hələ də davam edir. Dünən paytaxtın mərkəzindəki təmir işlərilə bağlı reportaj hazırayarkən də bunun bir daha şahidi olduq…» Qəzet «Toz içində şəhər» sərlövhəli məqaləsində belə yazır.
«Hal-hazırda paytaxtın mərkəzi sayılan, «Sahil» mestrostansiyasından tutmuş «İçərişəhər» metrostansiyasına qədər olan küçələrdə təmir işləri gedir. Paytaxtın əsas baş küçəsi sayılın Nizami (Torqovi-V.R) isə demək olar ki, tamamilə hasara alınıb. Tarixi-memarlıq abidələri sayılan binalar da yaşıl örtüklə «hasarlanıb». Əksəriyyətinə üz çəkilir, ya da qaşıyırlar. Şəhərimizin xarici qonaqlarının da ən çox cəlb etdiyi küçədə bir tərəfdən günün istisindən, digər tərəfdən də tozdan gəzmək qeyri-mümkündür. Hətta şəhərin mərkəzində elə binalar var ki, onlar iki ildi ki, təmir dayandırılıb. Məsələn, «Səadət» sarayında aparılan 2 illik təmir ərazidə gediş-gəlişi iflic vəziyyətinə salıb. Yol daraldığından, orada tez-tez tıxac yaranır. Uzunmüddətli təmirlər sırasına «Malakan» bağını da əlavə etmək olar. Bu bağın iki tərəfində isə iki tarixi-memarlıq abidəsi sayılan binaların sökülməsi prosesi gedir. Şəhərin ən yüksək nöqtəsi olan Dağüstü Parkdan baxanda Bakı, xüsusilə mərkəzi toz-duman içində görünür».
«Yeni Azərbaycan»: «Azərbaycan kiçik ölkə olsa da, burada yüksək səviyyəli texnologiyaların tətbiqinə yol açan geniş imkanlar var». Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, AMEA-nın müxbir üzvü, professor Asəf Hacıyev belə deyir.
«Azərbaycan kiçik ölkə olsa da, burada yüksək səviyyəli texnologiyaların tətbiqinə yol açan geniş imkanlar var. Hazırda ölkəmizdə yüksək təhsil və təcrübə əldə etmiş kadrlar və geniş qum sahələri var. Bu şəraitdə Azərbaycan da bu işdə cəlbedici məkana çevrilə bilər. Bu səbəbdən də, bu sahəyə investisiyalar yatıran ölkələrin Azərbaycana diqqətini çəkmək üçün qanunvericilik sahəsində təkmilləşmələr aparılmalıdır.
Artıq bizim imkanlarımız artdıqca, gərək dövlət üçün prioritet sahələri müəyyənləşdirək. Bundan sonra maliyyə vəsaitini həmin sahəyə ayırmalıyıq. Təbii ki, Azərbaycan üçün prioritet sahə neft sferasıdır. Hesab edirəm ki, Azərbaycan əsas gücü məhz, bu sahədə cəmləşdirməlidir. Çünki, bu sahə ilə bağlı digər sahələr də inkişaf edəcək. Bu baxımdan, Prezident İlham Əliyevin azərbaycanlı tələbələrin xaricdə təhsil almaqla bağlı fərmanı bu baxımdan əlverişli imkanlar açır».