Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:08

AŞPA talış fəalının ölümündən təəssüflənir


Avropa Şurası Parlament Asambleyası tərəfindən Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova avqustun 18-də aşağıdakı bəyanatla çıxış ediblər.

Avropa Şurasının rəsmi internet səhifəsində yerləşdirilən xəbərdə deyilir : «Talış etnik icmasının görkəmli üzvü və «Talişi-Sədo» qəzetinin baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Novruzəli Məmmədovun həbsxanada vəfat etməsi xəbəri bizi kədərləndirmişdir.

O, 2007-ci ilin fevral ayında vətənə xəyanət etməkdə və milli, irqi və dini ədavətə çağırışlar etməkdə günahlandırılaraq on il müddətinə məhkum edilmiş, lakin Azərbaycan İnsan Haqları Federasiyası tərəfindən siyasi məhbus hesab edilmişdir. AŞPA-nın onun ictimaiyyətə açıq olmayan məhkəməsinin ədalətli keçdiyinə dair ciddi şübhələri olmuşdur və buna görə də onun yaşını və sağlıq durumunu nəzərə alaraq insanpərvərlik naminə azadlığa buraxılması üçün dəfələrlə çağırışlar etmişdir. Bu çağırışlara isə məhəl qoyan olmamışdır.

Onun linqvistik əlyazmalarının həbs edilən zaman hüquq mühafizə orqanları tərəfindən məhv edilməsi və talış mədəni irsinin yararına olan bu nəhəng işin indi həmişəlik itməsi faktı da bizi təəssüfləndirir».
XS
SM
MD
LG