Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:17

Moskva İnquşetiya DİN-nin işinə nəzarət edəcək


İnquşetiya Daxili İşlər Nazirliyindəki bütün strukturların işinə müvəqqəti olaraq Rusiya daxili işlər nazirinin müavini Arkadi Edelev nəzarət edəcək.

Bu barədə Rusiya prezidenti Dimitri Medvedev bildirib.

İnquşetiya daxili işlər nazirinin səlahiyyətlərini isə onun birinci müavini Valeri Jernov icra edəcək.

Nazir Ruslan Meyriyev prezident Medvedevin gərmanıyla bu vəzifədən kənarlaşdırılıb.

Son məlumata görə Nazranda polis məntəqəsinin partladılması nəticəsində 20 nəfər ölüb, 136 adamsa yaralanıb.
XS
SM
MD
LG