Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:40

Seçki ərəfəsində Əfqanıstanda hücumlar artıb


Seçki ərəfəsində Əfqanıstanda hücumların sayı artıb.

Bu gün ölkə paytaxtı Kabildə törədilmiş partlayışda azı 7 nəfər ölüb, 50-dən artıq adamsa yaralanəb.

Ölənlərdən ikisi BMT-nin yerli əməkdaşlarıdı.

İntiharçı minalanmış maşını şəhərin kur bazarlarından birində partladıb.

Həmçinin elə bu gün Kabildə prezident sarayının ətrafına iki mərmi düşüb.

Ölən və xəsarət alan olmayıb.

Ölkənin şərqində yolda baş vermiş partlayışda isə 2 Amerika əsgəri ölüb.

Calalabad şəhərindəki evlərdən birinə isə raket düşüb, 10 nəfər yaralanıb.

Uruzqan əyalətində isə intiharçı hərbi məntəqədə özünü partladıb.

Nəticədə 3 əsgər və 2 dinc sakin ölüb.
XS
SM
MD
LG