Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:48

Medvedev və Peres Soçidə görüşür


Rusiya prezidenti Dmitri Medvedev avqustun 18-də Soçidə İsrail prezidenti Şimon Pereslə görüşür.

Görüşdə Yaxın Şərq və İranın mübahisəli nüvə məsələsi müzakirə olunacaq.

Danışıqlarda Yaxın Şərq sülh prosesini müzakirə etmək üçün Moskvada beynəlxalq konfransın keçirilməsi planlarına da toxunulacaq.

Hələ ki, konfransın dəqiq tarixi məlum deyil.
XS
SM
MD
LG