Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:00

ABŞ danışıqların bərpa olunacağına ümid edir


Obama administrasiyası ümid edir ki, İsrail və Fələstin arasında sülh danışıqları tezliklə bərpa olunacaq.

Avqustun 17-ə Misir prezidenti Hüsnü Mübarək və ABŞ Dövlət katibi Hillari Klinton arasında 1 saatlıq görüş keçirilib.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, iki ölkə razılaşıb ki, İsrail, Fələstin və ərəb dövlətləri danışıqlara qayıtmaq üçün «paralel addımlar» atmalıdırlar.

Bu arada Hüsnü Mübarək dövlətə məxsus «Əl-Əhram» televiziyasına müsahibəsində deyib ki, yalnız Yaxın Şərqdə sülh əldə olunduqdan sonra Ərəb dövlətləri İsraili tanıyacaq və onunla əlaqələri normalaşdıracaq.
XS
SM
MD
LG