Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:26

Prezident sarayının yaxınlığına mərmi düşüb


Kabildə bu səhər prezident sarayının yaxınlığına iki mərmi düşüb. İki gündən sonra Əfqanıstanda prezident seçkiləridir.

ABŞ ordusunun sözçüsü kapitan Elizabet Masias xəsarət və mümkün dağıntı barədə məlumat verməyib. Daha böyük hücumların qarşısını almaq üçün təhlükəsizlik qüvvələri və yoxlanış məntəqələrinin sayı artırılıb.

Bir neçə gün əvvəl kamikadze NATO qərargahına hücum etmişdi, 7 nəfər ölmüş, onlarla adam yaralanmışdı.
XS
SM
MD
LG