Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:01

Gürcüstan MDB-dən rəsmən çıxır


Gürcüstanın XİN-nin müavini David Calaqaniya deyib ki, Tbilisinin MDB-dən çıxması prosesi avqustun 18-də başa çatacaq.

Gürcüstan bu qurumdan çıxmaq niyyətini keçən ilin avqustunda açıqlayıb.

Bununla belə Calagania deyib ki, Gürcüstan MDB-nin bəzi razılaşmalarında qalacaq. Məsələn, ticarətin tənzimlənməsi məsələsində.

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Leonid Slutski Gürcüstanın MDB-ni tərk etmək qərarını «tələsik qərar» adlandırıb. Bildirib ki, bu qərar Müstəqil Dövlətlər Birliyinə yox, gürcü xalqına mənfi təsir edəcək.
XS
SM
MD
LG