Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 10:36

Çexlər Rusiya diplomatlarını ölkədən qovdular

Çex Respublikası Rusiyanın Praqadakı səfirliyindən iki diplomatı ölkədən qovub.

“Dnes” qəzetinin xəbərinə görə qovulanlardan biri səfirlikdə hərbi attaşenin müavinidir. Digəri isə məzuniyyətdədir, amma Çex hökuməti onun Praqaya qayıtmamasını məsləhət görüb.

Çexiyanın baş naziri Jan Fischer məsələyə şərh verməkdən imtina edib. Rusiyanın Praqadakı səfirliyində də bu mövzuda suallara cavab verməyiblər.
XS
SM
MD
LG