Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Gürcüstan MDB-dən çıxamq işlərini yekunlaşdırır


Gürcüstanın Xarici İşlər nazirinin müavini David Jalagania bu gün jurnalistlərə bildirib ki, avqustun 18-də Gürcüstan Müstəqil Dövlətlər Birliyindən çıxmaqla bağlı bütün prosedurlar başa çatdırırlacaq.

Gürcüstan MDB-dən çıxdığını keçən ilin avqustunda Rusiya ilə qısamüddətli müharibə zamanı vermişdi.

Jalagania bildirib ki, Gürcüstan MDB çərçivəsində bəzi razılaşmalara, məsələn, üzv ölkələr arasında ticarət ticarətin tənzimlənməsinə dair razılaşmada qala bilər.

Bu gün Moskvada Dövlət Dimasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Leonid Slutski Gürcüstanın MDB-dən çıxamq qərarını “tələsiklik” adlandırıb. Onun fikrincə, Gürcüstanın çıxaması MDB üçün bir şey deyil, bu, sadəcə olaraq gürcü xalqı üçün bəzi problemlər yarada bilər.
XS
SM
MD
LG