Qazaxıstanda hüquq müdafiəçisini piyadanı öldürməkdə ittiham edərək həbs ediblər.
Daxili İşlər nazirinin sözçüsü bu gün bildirib ki, hüquq müdafiəçisi Yevgeni Jovits iyulun 26-da maşınla evinə gedərkən qarşısına çıxan piyadanı vurub. Sözçü adama dəyərkən maşının saatda 80 kilometr sürətlə getdiyini bildirib.
Yevgeni Jovits 20 ilə yaxındır ki, Qazaxıstanda insan hüquqlarının müdafiəsi ilə məşğul olur. Hələlik onun özünün və ya vəkilinin bu hadisə barədə fikri məlum deyil.