Human Rights Watch, Front Line kimi hüquq-müdafiə təşkilatları da daxil olmaqla bloggerlər Adnan Hacızadə və Emin Millinin işi üzrə məhkəmə prosesinə başqa tanınmış beynəlxalq hüquq-müdafiə təşkilatları da nümayəndələrini göndərəcəklər.
Bu barədə hüquq-müdafiə təşkilatları şəbəkəsi ilə əlaqə saxlayan Sülh və Demokratiya İnstitutunun məlumatında deyilir. İnstitut məhkəmə prosesini izləyəcək beynəlxalq müşahidəçiləri qəbul etməyə və yerləşdirməyə hazır olduğunu bildirib.
Emin Milliylə Adnan Hacızadənin 2 aylıq həbs müddəti sentyabrın 10-da başa çatır. Bundan sonra onların məhkəməsi başlanmalıdır.
Emin Milli və Adnan Hacızadə iyulun 8-də Bakıdakı “Livan” kafesində baş vermiş hadisəyə görə həbs edilib. Gənclər iki nəfərin hücumuna məruz qaldıqlarını desələr də, polis onların özlərini xuliqanlıqda ittiham edib.
Səbail rayon məhkəməsi isə iyulun 10-da onları iki ay müddətinə həbs edib.