Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:42

Əfqanıstan seçkiyə hazırlaşır


Bu gün Əfqanıstanda prezident seçkiləriylə bağlı təbliğatın sonuncu günüdür.
Kabildə prezidentliyə namizəd, keçmiş xarici işlər naziri doktor Abdullanın minlərlə tərəfdarı nümayişdə iştirak edib. Müşahidəçilər Abdullanı indiki prezident Həmid Kərzainin əsas rəqibi sayırlar.

Əfqanıstanda prezident seçkisi avqustun 20-də keçiriləcək. Seçki ərəfəsində ölkədə gərginlik artıb. Talibançılar seçkini pozmaq, seçki məntəqələrini partlatmaqla hədələyirlər.
XS
SM
MD
LG