Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:41

Kərrubinin qəzeti bağlanıb


İran məhkəməsi prezidentliyə keçmiş namizəd Mehdi Kərrubinin “Etemade-Melle” qəzetinin nəşrinə qadağa qoyub. Bu qəzetdə prezident seçkisinin nəticələrinə etiraz edənlərin həbsxanaya salınandan sonra zorlandığı, işgəncəyə məruz qaldığı haqqında xəbərlər çıxmışdı.

Nəşrinə qadağa qoyulandan bir neçə saat əvvəlsə qəzetdə İran müxalifətinin lideri Mirhüseyn Musəvinin “Yaşıl Ümid Yolu”adlı yeni hərəkat yaratması haqda xəbər çıxmışdı.


XS
SM
MD
LG