Keçid linkləri

Təcili xəbərlər
2023, 02 İyun, Cümə, Bakı vaxtı 22:10

General Dustum mühacirətdən qayıdıb


Əfqanıstanın milliyyətcə özbək səhra komandiri general Rəşid Dustum mühacirətdə olduğu Türkiyədən Əfqanıstana gəlib.

O ölkəsinə Əfqanıstan hökumətinin icazəsindən sonra bazar günü axşam gəlib. Kabil aeroportunda tərəfdarları onu böyük coşquyla qarşılayıblar.

Ötən il ev dustaqlığından azad edildikdən sonra Türkiyəyə mühacirət edən Dustum 2001-ci ildə Talibanı devirən müttəfiqlərdən biri olub. Lakin o, mütəmadi olaraq insan hüquqları təşkilatları tərəfindən hüquq pozuntularında, xüsusilə də 2001-ci ildə minlərlə talibançı məhbusun qətliamında ittiham olunub.




XS
SM
MD
LG