Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 15:28

Holbruk Talbanla mübarizədə Pakistanı təqdir edir


Vaşinqtonun xüsusi elçisi Riçard Holbruk Pakistanın Talibana qarşı mübarizədə əldə etdiyi nailiyyətləri təqdir edib. O, xarici işlər naziri Şah Mahmud Qureşi ilə görüşündən sonra deyib ki, bu nailiyyət imkan verəcək ki, ABŞ və Pakistan öz əlaqələrində energetika və iqtisadi inkişaf məsələlərinə də diqqət ayırsınlar.

Holbrukun yaxın günlərdə Pakistanın biznes paytaxtı sayılan Kəraçiyə səfər edəcəyi bildirilsə də, konkret layihələr barədə hələlik məlumat verilmir.

XS
SM
MD
LG