Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Bakı-Qazax-Gürcüstan yolunda ağır qəza baş verib


Bu gün Bakı-Qazax-Gürcüstan yolunda ağır qəza baş verib.

Hüseyn Hüseynovun idarə etdiyi “VAZ 2103” markalı avtomobillə Əmrahov İnayət Bəkir oğlunun idarə etdiyi “Mitsubishi” markalı, H 016 686 nömrəli avtomobil toqquşub.

Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat şöbəsindən verilən məlumata görə, qəza nəticəsində Hüseyn Hüseynov, həyat yoldaşı Afət Hüseynova, digər sərnişinlər Namiq Pirvəliyev və Minəvvər Hüseynova dünyasını dəyişib.

Əmrahov İnayət , atası Əmrahov Bəkir , eləcə də “Mitsubishi” markalı avtomobildəki digər sərnişinlər Həsən Pirvəliyev, Ruhiyyə Hüseynova isə xəsarət alaraq, xəstəxanaya düşüblər.

Faktla bağlı araşdırma aparılır
XS
SM
MD
LG