Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:32

ABŞ Gürcüstana hərbçilər göndərir


Birləşmiş Ştatlar hərbi təlim məqsədilə bu gündən Gürcüstana hərbçilər göndərməyə başlayıb.

Amerika hərbçilərinin təlim keçəcəyi Gürcüstan əsgərləri Əfqanıstana göndəriləcək.

ABŞ rəsmilərinin sözlərinə görə təlim məşqləri sentyabrın 1-dən başlayacaq.

Gürcüstan əsgərləri isə Əfqanıstana gələn yaz göndəriləcək.

Bundan əvvəl İraqa göndərilmiş Gürcüstan əsgərlərini də Amerika hərbçiləri hazırlamışdı.

Amma onlar ötən ilin avqustunda Rusiyayla müharibəyə görə yarımçıq geri çağrıldılar.

Qərb agentlikləri hesab edir ki, intiki təlimlər Rusiyanın narazılığına səbəb ola bilər.
XS
SM
MD
LG