NATO-nun Kabildəki baş qərərgahının ətrafında törədilmiş partlayışda azı 7 nəfər ölüb, 90-dan artıq adamsa yaralanıb.
İlkin məlumatlara görə ölənlər əfqanlardı.
Komandanlığın məlumatına görə xəsarət alanlar arasında koalisiya əsgərləri də var.
Məlumatlara görə partlayışı intiharçı törədib.
O minalanmış maşını qərərgahın ətrafında partladıb.
Bu hücuma görə cavabdehliyi talibançılar üzərinə götürüb.
Talibançıların sözçüsü Zabihulla Mucahid Röyter agentliyinə telefonla bildirib ki, hədəf Amerika səfirliyi olub, amma onlar buna nail ola bilməyib.
5 gündən sonra Əfqanıstanda prezident seçkiləri keçiriləcək.