Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:05

Pakistanda «əl-Qaidə» ilə əlaqədə şübhəli bilinən Azərbaycan vətəndaşları saxlanılıb


30-a yaxın şəxs avtobusla Pişəvərə gedərkən tutulub
Pakistanda «əl-Qaidə» terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 14 Azərbaycan vətəndaşı saxlanılıb.

Məlumatı Türkiyənin NTV televiziyası yayıb.

Hadisə ölkənin cənubundakı Bəlucistan əyalətinin paytaxtı Kuettada baş verib.

30-a yaxın şəxs avtobusla Pişəvərə gedərkən tutulub. Onlardan 16-nın (7 kişi, 5 qadın və 4 uşaq) Türkiyə, qalanlarının isə Azərbaycan vətəndaşları olduğu bildirilir.
XS
SM
MD
LG