Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:23

Türkiyədə Azərbaycanı ən yaxın dost sayırlar


Abdullah Gül və İlham Əliyev, 5 noyabr 2008
Abdullah Gül və İlham Əliyev, 5 noyabr 2008
Qərargahı Ankarada yerləşən Ulusal Strateji Araşdırmalar Kurumunun (USAK) Ankara, İstanbul, Bursa və İzmir şəhərlərində apardığı sorğunun nəticələrinə görə, Türkiyənin ən böyük dostu Azərbaycandır.

«Xarici siyasəti anlama anketi» adı altında keçirilən sorğuda rəyi soruşulanların təqribən 24%-i Azərbaycanı Türkiyənin ən böyük dostu kimi qiymətləndirib (burada və sonra faiz göstəriciləri yuvarlaqlaşdırılaraq göstərilib - AzadlıqRadiosu).

Rəy sorğusunda Azərbaycandan sonra ən yaxın dost ölkələr siyahısında Bosniya-Herseqovina və Türkmənistan göstərilib.

«Xarici siyasəti anlama anketi»nə görə, rəyi soruşulanların 56%-i Türkiyənin gələcəyini Avropa Birliyinə üzvlükdə görür. Anketdəki «Dünyada sülhü ən çox hansı ölkələr təhdid edir?» sualına isə respondentlərin 33%-i ABŞ, 24%-i İsrail, 12%-i isə Rusiya cavabını verib.

Rəyi soruşulanların 49%-i Türkiyənin xarici siyasətini uğurlu sayıb. Anket üçün fikirləri öyrənilən 1110 nəfərin 25%-i ABŞ-ı Türkiyə üçün təhdid kimi gördüyünü deyib. Respodentlərin türk xarici siyasətindən ən böyük gözləntiləri isə təhlükəsizliyin təmin edilməsi və iqtisadi mənafelərin qorunması olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG