Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:01

Rusiyalı həmsədrin dəyişməsi xəbəri doğru deyil


Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin ATƏT-in Minsk Qrupunun həmsədri təyin edilməsilə bağlı söz-söhbətlər yalandı.

Bu barədə Ermənistanın informasiya agentlikləri Rusiya Xarici İŞlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Mətbuat xidməti rəhbərinin müavini İqor Lyakin Frolov deyib ki, hazırkı həmsədr Yuri Merzlyakov Minsk Qrupunda fəaliyyətini davam etdirəcək.

Karasinə gəldikdə isə o öz səlahiyyətləri çərçivəsində əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı vasitəçilik missiyasına rəhbərlik etdirəcək.

Amma Frolov Rusiya tərəfinin Minsk qrupundakı həmsədri dəyişmək istəməsiılə bağlı məlumatı təkzib və ya təstiq etməyib.

Təkcə onu deyib ki, hər şey ola bilər.

Nazirliyin əməkdaşlarının missiyalarda fəaliyyəti əbədi deyil.
XS
SM
MD
LG