Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 11:52

Fili Qordon Belarusa gedib


ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi avqustun 14-də Minskə gedib. Bir günlük səfəri zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Fillip Qordon ölkə rəhbərliyi və müxalifət liderləri ilə görüşəcək.

Minskə gəlməzdən əvvəl Qordon deyib ki, Belarus müxalifət fəallarına, mətbuat və QHT-na daha çox azadlıq verməlidir, əgər ABŞ-ın qoyduğu sanksiyaların götürülməsini istəyirsə.

ABŞ və Avropa Birliyi illərdir Belarus prezidenti Aleksandr Lukaçenkonu rəqiblərini həbs etməkdə, azad mətbuatı susdurmaqda və seçkini saxtalaşdırmaqda ittiham edir.

F. Qordon 2008-ci ilin martından bu yana Belarusa gedən ən yüksək rütbəli ABŞ rəsmisidir.
XS
SM
MD
LG