İranda aksiyalar zamanı həbs olunanlardan işgəncə yolu ilə etiraf alırlar.
BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Manfred Novak bildirib ki, İranda prezident seçkilərindən sonra tutulan 300-dən artıq məhbusa işgəncə və pis münasibət göstərilməsi barədə məlumatı var.
Novak əlavə edib ki, məlumata görə hökumət əleyhinə etiraf almaq məqsədi ilə məhbuslar döyülür, elektroşok, fiziki və psixoloji təzyiqlərə məruz qalır.
BMT rəsmisi xatırladıb ki, əgər kimsə BMT-yə işgəncə ilə bağlı müraciət edirsə, «hökumət bu iddiaları araşdırmağa borcludur». Ancaq o, indiyə kimi bu cür araşdırmanın aparıldığından məlumatsız olduğunu bildirib.